VƏSFİ-HAL ƏRƏB

Bir şəxs və ya bir şeyin hal və xüsusiyyətini söyləyərək təsvir etmə.

Könül, sənə vəsfi-halım söyləyim,

Yarəb, bu dünyada necolur könlüm,

Hərdən dərviş olur, hərdən dilənir,

Hərdən bəzirgandan xac olur könlüm.

                                                          (“Əmrah”)

VƏSF ƏRƏB
VƏSMƏ ƏRƏB
OBASTAN VİKİ
Vəsfi-hal
Vəsfi-hal — fala baxdırma, bəxti, taleyi müəyyənləşdirmə ilə bağlı oxunan mərasim. Dilək tasının içinə müxtəlif əşyalar (üzük, sırğa, sancaq, oymaq) atılıb üstü bağlanır və mərasim nəğməsi oxunduqdan sonra onlardan biri gizli şəkildə seçilir. Nəğmə əşyanın sahibinin taleyi ilə bağlı olur. == Nümunə == Göydə ulduz olaydım, Xoşbəxt bir qız olaydım. Yar qapını döyəndə Evdə yalqız olaydım. == İstinadlar == == Ədəbiyyat == Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb. Novruz bayramı ensiklopediyası, Bakı, 2008 , "Şərq Qərb", 208 səh.
HAL
Hindustan Aeronautics Limited, Hindistan mərkəzli bir aviasiya və müdafiə şirkətidir. Şirkət 23 dekabr 1940-cı ildə Hindustan Aircraft olaraq yaradılmış və 1 oktyabr 1964-cü ildə indiki adını almışdır. Şirkətin mərkəzi ofisi Bangaloreda yerləşir. HAL bir dövlət təşkilatıdır və əsasən aviasiya sənayesi fəaliyyətləri ilə məşğul olur. Bu gün təyyarələrin, reaktiv mühərriklərin, helikopterlərin və onların ehtiyat hissələrinin dizaynı, istehsalı və montajında ​​iştirak edir.
Vəsfi Mahir Qocatürk
Vəsfi Mahir Qocatürk(1907-1961)—Türkiyə şairi. == Həyatı == Həm əruz, həm digər vəznləri işlədir. Daha çox türk xalq ədəbiyyatından bəhrələnir. Türk millətinin qəhrəmanlığı, tarixi şəxsiyyətlər və olaylar, milli mücadilə və Atatürk, eşq və təbiət onun başlıca mövzuları arasındadır. Bu dövrdəki şeirləri "Tunc səsləri" (1935), "Keçmiş gecələr" (1936), "Bizim türkülər" (1937), "Ərgənəkon" (1941) adlı kitablarında toplanmışdır. Şairliyindən çox ədəbiyyat tarixi çalışmaları ilə məşhurlaşmışdır.
Ərəb
Ərəblər — Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var.Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır. == Ərəblərin soyu == İbrahim peyğəmbərin İsmayıl və İshaq adında iki oğulu olmuşdur. İslam ənənəsinə görə, islam peyğəmbəri Məhəmməd və ərəblərin atası İsmayıldır.
Adlıq hal
Adlıq hal və ya ismin adlıq halı. Bu halda olan isimlər əşyanın adını bildirir, şəkilçisi olmur, kim? nə? hara? suallarından birinə cavab olur. Bütün lüğətlərdə isimlər adlıq halda (başlanğıc formada) verilir. Məsələn: (dəmir, dəmirçi, dəmirçilik, ev, evcik, daş, dağ, dağlıq, yazı, yazıçı, yazıçılıq və s.) İsimlər adlıq halda cəm və mənsubiyyət şəkilçiləri ilə də işlənə bilir. Məsələn: (bacı (başlanğıc formada); bacılar (cəm şəkilçisi ilə); bacım (mənsubiyyət şəkilçisi ilə); bacılarım (cəm və mənsubiyyət şəkilçisi ilə)) Adlıq hal təsirlik və ya yönlük halına keçə bilər. Məsələn: kitab. Mən dostuma kağız(ı) verdim.(Təsirlik hal).
Amorf hal
Amorf hal (A.h)-(yun. amorphos-formasız) maddənin qeyri-kristal quruluşlu bərk halı olub, xassələrin izotropluğu və ərimə nöqtəsinin olmaması ilə xarakterizə olunur. İzotropluq, yəni onların bütün fiziki xassələri (mexaniki, istilik, elektrik, optik və s. xassələri) təbii şəraitdə kristallarınkından fərqli olaraq, maddə daxilində hər hansı istiqamətdə eynidir (bax. Anizotropluq). Temperaturun yüksəlməsi zamanı amorf maddə yumşalır və maye hala tədricən keçir. Bu xüsusiyyət, atom, molekul, ion və onların qruplarının yüz və min period davamında kristallardaki kimi ciddi periodikliyin A.h.-dakı maddələrdə olmaması ilə əlaqədardır.Eyni zamanda A.h.-da maddələrdə qonşu zərrəciklərin yerləşməsində (n.d. yaxın düzülüş, şək., b) uyğunlaşma mövcuddur. Məsafənin böyüməsilə bu uyğunlaşma kiçilir və qəfəs sabitinin bir neçə mislinə bərabər məsafədə itir (bax. Uzaq və yaxın düzülüş).
Fövqəladə hal
Fövqəladə hallar — qəza, təbii fəlakət və digər hallar nəticəsində müəyyən ərazidə yaranmış şərait. Bunun nəticəsində insan təlafatı, onun sağlamlığına və ətraf mühitə zərər böyük maddi ziyan vurulur və insanların normal həyat şəraiti pozula bilir. == Haqqında == Fövqəladə hal — ətraf mühitə və insan səhhətinə ziyan vura, maddi və mənəvi itkilərə səbəb ola bilən təhlükəli hadisədir. Fövqəladə hallar təbii və texnogen mənşəli olmaqla iki qrupa bölünür. Təbii mənşəli fövqəladə hallar baş verən fəlakətli təbiət hadisələridir. Bunlar – zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, vulkan püskürməsi, qar uçqunu, sunami, fırtına və s. bu kimi təbii fəlakətlərdir. Texnogen mənşəli fövqəladə hallar isə insan fəaliyyəti nəticəsində baş verən hadisələrdir. Bunlardan — yanğın, partlayış, nəqliyyat qəzaları, kimyəvi qəzalar, radioaktiv qəzalar, tikililərin uçması, dəm qazı təhlükəsi, kommunal təsərrüfatda qəzalar və s. göstərə bilərik.
HAL Dhruv
HAL Dhruv ― HAL tərəfindən istehsal edilmiş Hindistan mənşəli çoxməqsədli hücum helikopteridir. İlk uçuşunu 20 avqust 1992-ci ildə reallaşdırıb və 2002-ci ilin mart ayından xidmətə qəbul edilmişdir. Dhruv sözü Sanskrit dilindən tərcümədə sarsılmaz, möhkəm deməkdir. Vahidinin qiyməti 6.2 milyon ABŞ dolları dəyərindədir.
HAL Tejas
HAL Tejas (Sanskritcə: तेजस) Hindustan Aeronautics Limited şirkəti tərəfindən Hindistan Hərbi Hava Qüvvələrini təmin etmək məqsədilə hazırlanmış çoxməqsədli qırıcıdır. Təyyarə artıq köhnəlmiş MiQ-21 qırıcılarının yerini alması məqsədilə hazırlanmışdır. İlk uçuşunu 2001-ci ildə həyata keçirmiş və 2015-ci ildə Hindistan HHQ-də silahlanmaya qəbul olunmuşdur. Təyyarə, həmçinin birləşmiş formada olan delta qanad dizaynına sahibdir.
Hal (Qubadlı)
Hal — Azərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Hal kəndi dağlıq ərazidədir. Ədəbiyyatlarda Kol, Gal, Gəl, Xal, Qal variantlarında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Hal kəndi Bazarçayın sahilində, rayon mərkəzindən 11 kilometr cənub-şərqdə yerləşir. == İqtisadiyyatı == Kənd əhalisi tütünçülük, baramaçılıq, heyvandarlıq, taxılçılıqla məşğul olur. == Mənbə == Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı.
Hal dili
Hal dili - türk xalq inancında və xalq mədəniyyətində tərs dil. Al dili olaraq da bilinər. Tərsinə bir dildir. İnanca görə "digər dünya" canlılarının yaşayışları, görünüşləri və dilləri bu dünyanın tam tərsidir. "Get" demək üçün "Gel" demək lazımdır və ya bəzən də sözün ya da cümlənin tərsdən oxunması lazımdır. Quş dili anlayışı ilə də əlaqəlidir. Türk mədəniyyətində digər dünya bu dünyanın tərsidir. Yer altı aləmi bu aləm ilə uyumsuzuk halındadır. Ərəbcə "Hal" (vəziyyət) sözüylə səsləşməsi səbəbiylə "bədən dili", "ruh halı" kimi anlayışları da ehtiva etməyə başlamışdır. Bu məzmunda düşüncələrini duruşu, davranışları sesizce (səsli dil olmadan) izah etmə deməkdir.
Tərcümeyi-hal
Bioqrafiya və ya tərcümeyi-hal — bir şəxsin doğum tarixi, atasının, anasının kimliyi, aldığı təhsili, ümumi həyatının mənbələri haqqında konkret məlumatlardan ibarət olan adətən qısa mətn.
Tərcümeyi hal
Bioqrafiya və ya tərcümeyi-hal — bir şəxsin doğum tarixi, atasının, anasının kimliyi, aldığı təhsili, ümumi həyatının mənbələri haqqında konkret məlumatlardan ibarət olan adətən qısa mətn.
Təsirlik hal
Təsirlik hal:Hərəkətin təsir obyektini, yəni üzərində iş icra olunan əşyanı bildirir. İsmin təsirlik halı da yiyəlik hal kimi iki növə bölünür : müəyyənlik bildirən təsirlik hal qeyri-müəyyənlik bildirən təsirlik halMüəyyənlik bildirən təsirlik hal kimi? nəyi? (bəzən də haranı?) suallarından birinə cavab verir.Bu növ təsirlik halda işlənən isimlər -ı⁴ (-nı⁴) şəkilçilərini qəbul edir. Məsələn: Tural-ı (Sona-nı) çağır -kimi?. Qələm-i (düymə-ni) götürdüm - nəyi? və s. Qeyri-müəyyənlik bildirən təsirlik hal isə şəkilçisiz işlənir və nə? sualına cavab olur. Məsələn: Aysel kitab (nə?) oxuyur.
Yerlik hal
Yerlik hal və ya ismin yerlik halı. Əşya və ya hərəkətin yerini bildirir. İsmin yerlik halı kimdə? nədə? harada? suallarından birinə cavab verir və -da, -də şəkilçiləri ilə düzəlir. Məsələn: Günayda, Ayseldə (kimdə?), kitabda, dəftərdə (nədə?), bağda, həyətdə (harada?) şvə s. Kimdə? nədə? sualına cavab verən isim cümlədə vasitəli tamamlıq, harada?
Yiyəlik hal
Yiyəlik hallı isimlər özündən sonra gələn sözlərlə əlaqəyə girərək əşyalar, şəxslər arasında aidlik,mənsubluq mənası gətirir. Yiyəlik halda işlənən isim cümlədə özündən sonrakı başqa bir isimdən daha doğrusu, mənsubiyyət şəkilçili isimdən asılı olur. Məs: ağac-ın (yiyəlik hal) yarpağ-ı (mənsubiyyət şəkilçili isim), qapının ağzı, yolun kənarı, Adilin kitabı, sənin dəftərin, bizim evimiz və s. Mənsubiyuət şəkilçisi həmişə ikinci tərəfdə olur və özündən əvvəl yiyəlik hal istəyir.Məsələn:Mənim Kitabım, Sənin evin Yiyəlik halının iki forması var: Müəyyənlik bildirən yiyəlik hal. Bu halda isimlər –ın, in, un, ün (-nın,nin, nun, nün) şəkilçisini qəbul edir və kimin? nəyin? haranın? suallarından birinə cavab olur. Məs: Məmmədin (kimin?), dəftərin (nəyin?), Bakının (haranın?) Qeyri-müəyyənlik bildirən yiyəlik hal. Bu halda olan isimlər şəkilçisiz olur və nə?
Yönlük hal
Yönlük hal və ya ismin yönlük halı. İsmin yönlük halı kimə?, nəyə? və ya haraya? suallarından birinə cavab verir. Yönlük hal fellərdən obyektə verilən sualların yuxarıda verilmiş suallardan birinə uyğun olması və ya; Yönlüyün yönlük hal tələb etməsi nəticəsində işlənilir. Yönlük hal da əsasən digər hallar kimi artikl, yiyəlik əvəzliyi, işarə əvəzliyi, sual əvəzliyi və ya digər izləyici sözlərlərin müvafiq olaraq yönlük halda yazılması ilə ifadə edir. Yönlük hal hərəkətin yönümünü, istiqamətini və ya son nöqtəsini bildirir. İsimlər yönlük halda samitlə bitən söz köklərində –a, ə, saitlə bitənlərdə isə –ya, yə («y» bitişdirici samitdir) şəkilçisini qəbul edir, kimə?, niyə?, haraya? Suallarından birinə cavab olur. Məs.
Çıxışlıq hal
İsmin Çıxışlıq Halı: İsmin çıxışlıq halı hərəkətin çıxış, yəni başlanğıc nöqtəsini bildirir. Çıxışlıq hal -dan2 şəkilçisi ilə əmələ gəlir. Kimdən? Nədən? Haradan? suallarından birinə cavab verir. Çıxışlıq halda olan sözlər həm təsirli, həm də təsirsiz fellərlə əlaqəyə girir. Bu halda olan sözlər ismi xəbərlə də əlaqəyə girir. Məsələn : Bizə idarədən məktub var. Çıxışlıq hal mənaca yönlük halın əksini bildirir.
Hal obrazı
Hal — mifoloji obrazdır. Doğum mərasimləri keçirilərkən, adının hallandırılması çox zaman tabu sayılsa da, istər-istəməz ən çox Hal obrazı ilə bağlı ayinlər icra edilir. Bu isə bir mifoloji varlıq olaraq Halın təsəvvürlərdə özünə çox geniş yer alması ilə və doğuş prosesinə əngəl törədə biləcək mövhumi qüvvə olması ilə əlaqədardır. Buna görə də insanlar mifik üsullarla Hala qarşı tədbirlər görməklə bahəm, həm də onun elmi mahiyyətinə enməyə səy göstərirlər. Müxtəlif ölkələrin və xalqların alimləri bu sahədə ciddi araşdırmalar aparmışlar. Lakin buna baxmayaraq, bu yöndə mülahizələr başa çatmamış, istər dini-mifoloji nöqteyi-nəzərdən, istərsə də elmi-nəzəri baxımdan bu bu məsələ nə qədər çözülməyə çalışılsa da, hələ kifayət qədər öyrənilib qurtarmamışdır. Hal Anasına bəzən "Həmzad" adı da verilir. Bu da doğan arvadların, yenicə dünyaya gətirdikləri uşağın ciyərini çıxarıb aparırmış. Ona görə də bəzən yenicə doğmuş arvad bayıldıqda "onu hal aparmış" deyirlər. Hətta kəndlərdə doğan arvadın bayıldığı zaman "Hal anasını" qaçırmaq üçün evdə tüfəng atarmışlar.
Suyun hal diaqramı
Kükürd tipli maddələr təbiətdə ən çox yayılmış maddələrdir. Lakin bir sıra maddələr də vardır ki, kükürd tipli maddələrdən fərqli olaraq, maye fazadan kristallaşdırdıqda həcmləri artır. Bu halı daha aydın təsəvvür etmək üçün H2O-un hal diaqramını nəzərdən keçirmək olar. Bu diaqramda absis oxu üzərində temperatur, ordinant oxu üzərində isə təzyiq verilmişdir. Diaqramda hər bir fazaya müəyyən sahə uyğun gəlir ki, bunlardan da hər biri digərinin verilən iki fazanın tarazlığını xarakterizə edən əyrilərlə ayrılır. Bu əyrilər üç fazanın tarazlıqda olduğu üçlü nöqtədə birləşir.Bu əyrilər göstərir ki, su və buxarın tarazlıqda olduğu hər bir temperatura müəyyən buxar təzyiqi və ya hər bir buxar təzyiqinə müəyyən temperatur müvafiq gəlir. Belə ki, 100oC temperaturda suyun buxar təzyiqi yalnız 760mm civə sütununa bərabər olduğu halda hər iki faza arasında tarazlıq yaranır. Həmin temperaturda buxar təzyiqinin dəyişməsi fazalardan birinin itməsinə, yəni bir fazalı sistem alınmasına gətirib çıxarır.Suyun kristallaşması Le-Şatelye prinsipinə əsasən buzun əriməsinə və suyun kristallaşma temperaturunun aşağı düşməsinə səbəb olur. Göstərilən iki fazalı sistemlərdə tarazlığı xarakterizə edən əyrilərin üçü də O nöqtəsində görüşür. Bu nöqtə bütün üç fazanın- buz-su-buxar arasında tarazılığa aid olub "üçlü nöqtə" adlanır.
Cəbəlül-Ərəb
Cəbəl-Druz və ya Cəbəl əd-Druz (ərəb. جبل الدروز‎), rəsmi olaraq Cəbəlül-Ərəb (ərəb. جبل العرب‎) — Suriyanın сənubunda vulkan massivi. Maksimum hündündürlüyü 1,800 metrdir (Əl-Ceyna dağı). Əsasən bazaltdan ibarətdir, lava axınları ilə əhatələnmişdir. Zirvə və yamaclarında Pliosen püskürmələrinin kraterləri var. Səhra bitkiləri yayılmışdır.Bu vilayətin sakinlərinin əksəriyyəti druzlardır, həmçinin kiçikmiqyaslı müsəlman və əhəmiyyətli xristian icmaları da var. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl-Druz ilə əlaqəli mediafayllar var.
Çöl-Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. == Tarixi == == Toponimikası == Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çöl Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. == Tarixi == == Toponimikası == Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Şəttül-Ərəb
Şəttül-Ərəb (ərəb. شط العرب‎ - Ərəb axını) və ya Ərvəndrud (fars. اروندرود‎ - Ərvənd çayı) — Dəclə və Fərat çaylarının Fars körfəzinə tökülməzdən əvvəl Əl-Kurna məntəqəsi yaxınlığında qovuşmaları nəticəsində yaranan çay. Uzunluğu təxminən 195 km-dir. Böyük hissəsi İraq ərazisindən axsa da, cənub hissəsi İranla İraq arasında təbii sərhəd təşkil edir. Eni dəyişkəndir, Bəsrə yaxınlığında 230 metr olub, mənsəbində 800 metrədək çatır. Çayın üzərində İranın Abadan və Xürrəmşəhr, İraqın Bəsrə kimi əhəmiyyətli sənaye və liman şəhərləri yerləşir. == Ərazi anlaşıqmazları == 17 sentyabr 1980-ci ildə İraq prezidenti Səddam Hüseyn Şəttül-Ərəb çayının statusu ilə bağlı 1975-ci il Əlcəzair razılaşmasını denonsasiya edərək çayın şərq sahillərini İraq ərazisi elan edir və Əbu Musa, Böyük və Kiçik Tonb adalarının İran ordularından təmizlənməsi tələbini irəli sürür. Bu hadisə İran-İraq müharibəsinin başlanması üçün formal səbəblərdən biri olmuşdur.
Ərəb (Ağdaş)
Ərəb — Azərbaycan Respublikasınınnın Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Bəzi qaynaqlarda adı Ərəb Kükəl olaraq da qeyd edilir. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Ərəb kəndi Kükəl kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Ərəb kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == == Tarixi == Kəndin yaxınlığında XVIII əsrə aid Surxay qalasının qalıqları aşkar edilmişdir. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Xosrov kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Hacıəlili dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Kükəl kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Ərəb kəndi Azərbaycan SSR Ağdaş rayonunun Kükəl kənd sovetinə daxil idi. 2014-cü ildə Ərəb kənd inzibati ərazi vahidi ləğv edilmiş, kənd Kükəl kənd inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir. === Tarixi abidələri === Yaxınlığında XVIII əsrə aid Surxay qalasının qalıqları var.
вкра́пленник вы́сосать изъявле́ние иско́мкаться ланце́тник лени́вица моноци́ты по-делово́му пропове́даться саблеобра́зно хому́тик басови́то жерново́й подпая́ть снегири́ный шпунтова́ть икос меж поощрять fulguration pergelisol radiopharmaceutical scrap венесуэлец серия